Sayt üzrə axtarış

















Əsas səhifə / MƏTBUAT XİDMƏTİ

2018-10-03
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Baş Prokurorluğun mətbuat xidmətlərinin M Ə L U M A T I

Oktyabrın 1-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qızılağac Dövlət Təbiət Qoruğundan qoruq əməkdaşlarının reyd zamanı ərazidə qanunsuz ov edən şəxs tərəfindən ov silahı ilə atəş açılması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları barədə daxil olmuş material Masallı rayon prokurorluğunda araşdırılmışdır. 

Araşdırmalarla qeyd edilən tarixdə saat 02 radələrində qoruq ərazisində qanunsuz ov edən rayon sakini İlqar Səmədovun qoruğun mühafizəçiləri Böyükkişi Qaraşov və Ariz Cəfərovun qanuni göstərişlərinə məhəl qoymayıb məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə ov tüfəngindən iki dəfə atəş açıb müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edildiyindən rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanmışdır.

İş üzrə müvafiq ekspertizalar təyin olunmuş, şahidlər dindirilmiş və digər istintaq hərəkətləri aparılmışdır.

İ.Səmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.