İctimai həyatın bütün sahələrində gənclərin əməyindən daha geniş istifadə olunması istiqamətində Azərbayсan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasətinə uyğun olaraq, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında Əsasnamə”yə və “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqənin keçirilməsi Qaydaları”na əsasən prokurorluq orqanlarına işə qəbulla əlaqədar elan edilmiş müsabiqənin ikinсi – yazılı imtahan mərhələsinə yekun vurulmuşdur.
Yazılı imtahanda uğurlu nəticə əldə etmiş namizədlərin siyahısı Baş Prokurorluğun veb-saytında (www.prokurorluq.gov.az, www.genprosecutor.gov.az) və Qəbul otağında yerləşdirilmişdir.
Müsabiqənin ikinci mərhələsində müvəffəqiyyət qazanmış 30 namizəd Qaydaların 7.5-сi bəndinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Tibb baş idarəsində tibbi müayinədən keçib müsbət rəy aldıqdan sonra müsabiqənin növbəti – müsahibə mərhələsinə dəvət ediləcəklər.
Müsahibə Baş Prokurorluğun inzibati binasında keçiriləcəkdir (ünvan: Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7).
Namizədlər tibbi müayinə və müsahibəyə gəldikdə şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Əlavə məlumat almaq üçün 437-28-56, 492-74-32, 492-06-82 və 492-62-23 nömrəli telefonlar vasitəsi ilə müraciət etmək olar.
Müsabiqənin yazılı imtahan mərhələsində müvəffəqiyyət
qazanmış namizədlərin
SİYAHISI