Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2019-03-14
Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Belarus Respublikasının İstintaq Komitəsi arasında əməkdaşlıq haqqında Saziş imzalanmışdır

Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Belarus Respublikasının İstintaq Komitəsi arasında işgüzar əlaqələrin daha da möhkəmləndirilməsi məqsədi ilə Belarus İstintaq Komitəsinin sədri İvan Noskeviçin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlmişdir.

Martın 14-də Belarus Respublikasının İstintaq Komitəsinin nümayəndə heyəti Fəxri Xiyabana gələrək Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoymuşdur. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülmüşdür. Şəhidlər Xiyabanına gələn qonaqlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarı üzərinə tər çiçək dəstələri düzmüş, “Əbədi Məşəl” abidəsinin önünə əklil qoymuşlar.

Daha sonra nümayəndə heyəti ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda görüş keçirilmişdir.

Qonaqları səmimi salamlayan Baş prokuror Zakir Qaralov xalqlarımız arasında formalaşmış  zəngin tarixə malik və ildən-ilə daha da genişlənməklə dərinləşən ikitərəfli münasibətlərin inkişafında Azərbaycan və Belarus dövlətlərinin sınanmış liderləri cənab İlham Əliyev və cənab Aleksandr Lukaşenkonun müstəsna xidmətlərini, ölkə rəhbərlərinin başçılığı ilə nümayəndə heyətlərinin  çoxsaylı qarşılıqlı səfərlərinin əhəmiyyətini xüsusi qeyd etmişdir. Məhz bu münasibətlərin ölkələrimizin daha da yaxınlaşması, hər iki respublikanın müxtəlif dövlət təsisatları, o cümlədən prokurorluq və istintaq orqanları arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafı yolunda böyük stimul olduğu bildirilmişdir. Bu əlaqələr çərçivəsində 2018-ci ilin noyabr ayında “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Belarus Respublikasının Baş Prokurorluğu arasında əməkdaşlıq haqqında Saziş”in imzalanmasının ölkələrimizin prokurorluq və istintaq orqanları arasında münasibətlərin məzmunca yeni müstəviyə qaldırılmasında mühüm rol oynadığı diqqətə çatdırılmışdır.

Görüşdə Baş prokuror son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli  müasirləşdirilməsi, prokurorluğun strukturun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması  istiqamətində aparılan köklü islahatlar, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi məqsədi ilə digər hüquq mühafizə orqanları ilə qarşılıqlı səmərəli əlaqələrin qurulması, həmçinin müasir dövrdə qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat vermişdir.

 

Belarusun Azərbaycanla hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə xüsusi önəm verdiyini deyən İ.Noskeviç iki ölkənin istintaq orqanları arasında münasibətlərin dərinləşməsi üçün böyük perspektivlərin olduğunu bildirərək, qarşılıqlı səmərəli əlaqələrin daha da genişlənməsində maraqlı olduğunu vurğulamışdır.

Görüşdə hər iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, cinayətkarlığa, o cümlədən terrorçuluq və ekstremizmə qarşı birgə mübarizə sahəsində geniş fikir mübadiləsi aparılmış, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyətin səmərəliliyindən, hüquqi əməkdaşlıq sahəsində mövcud müqavilə bazasının təkmilləşdirilməsindən danışılmış, tərəfləri maraqlandıran məsələlər müzakirə edilərək, qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilmişdir.

Müzakirələrin nəticəsi olaraq iki dövlət orqanı arasında əməkdaşlıq əlaqələrinin perspektivlərini müəyyənləşdirən “Əməkdaşlıq haqqında saziş”  imzalanmışdır.

Saziş cinayətkarlıq və terrorçuluğa qarşı mübarizə, xüsusən də onun mütəşəkkil formaları, korrupsiya,  iqtisadiyyat və yüksək texnologiyalar sahəsində cinayətlər və cəmiyyət üçün ciddi təhlükə təşkil edən digər cinayətlərin qarşısının alınmasında birgə əməkdaşlığı, informasiya və təcrübə mübadiləsini, hüquqi yardim və digər sahələri əhaətə edir. Saziş mövcud münasibətlərin yeni səviyyəyə qaldırılması, ölkələrimizin tərəfdar olduğu beynəlxalq əməkdaşlığa dair sənədlərin icra olunmasının ikitərəfli səviyyədə təsdiqlənməsi, tərəflər arasında qarşılıqlı etimadın bir daha bəyan edilməsi və bir-birinin milli qanunvericiliyinə hörmətin ifadə olunması baxımından xüsusi əhəmiyyətə malikdir.

Belarus nümayəndə heyəti Baş Prokurorluğun Tarix muzeyi, Azərbaycan-Belarus münasibətlərinə həsr olunmuş ekspozisiyalarla tanış olmuş, onlara Azərbaycan dövləti, onun hüquq sistemi, ölkə başçısının rəhbərliyi altında aparılan islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı materialları əks etdirən xüsusi hazırlanmış guşə təqdim edilmişdir.

Belarus nümayəndə heyəti daha sonra Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində olmuşdur.

Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qonaqlara prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması və aparılan islahatlar, Baş İdarənin fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

Nümayəndə heyəti milli memarlıq üslubunda və müasir standartlar səviyyəsində inşa edilmiş Baş İdarənin inzibati binasında normativ hüquqi aktlarla zəngin və digər dövlət qurumlarının elektron kitab portallarına çıxışla təmin edilmiş kitabxana, müasir proqram təminatı ilə təchiz edilmiş 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi və əməliyyatların idarə edilməsi mərkəzi ilə yaxından tanış olmuşdur.

Azərbaycan Respublikası Prokurorluğu orqanları ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən Belarus İstintaq Komitəsinin sədri İvan Noskeviç korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilən tədbirləri yüksək qiymətləndirmişdir. O, korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycanın təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını diqqətə çatdırmışdır.

Nümayəndə heyətinin üzvlərinin çirkli pulların yuyulması ilə mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər və prokurorluq orqanları tərəfindən bu qəbildən olan cinayət işləri üzrə ibtidai araşdırmaların aparılması sahəsindəki fəaliyyətə dair sualları ətraflı cavablandırılmışdır.

Görüşdə korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın perspektivlərinə dair faydalı fikir mübadiləsi aparılmışdır.

Daha sonra qonaqlar Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində olmuşdur. Nümayəndə heyətinə idarədə istintaq edilən sülh və insanlıq, şəxsiyyət, dövlət hakimiyyəti əleyhinə, iqtisadi və digər sahələrdə törədilən ağır və xüsusilə ağır cinayətlərin istintaqı ilə bağlı ətraflı məlumat verilmişdir. İ.Noskeviç kriminalistik işinin təşkili, eləcə də “Elektron cinayət” və “Elektron sənəd dövriyyəsi” informasiya proqramlarının Azərbaycan təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını diqqətə çatdırmışdır.

Belarus nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.

 

Подписано Соглашение о сотрудничестве между Генеральной прокуратурой Азербайджанской Республики и Следственным комитетом Республики Беларусь

 

Делегация во главе с председателем Следственного комитета Беларуси Иваном Носкевичем в целях еще большего укрепления рабочих связей с Генеральной прокуратурой Азербайджана находится с визитом в Азербайджане.

14 марта члены делегации Следственного комитета Республики Беларусь посетили Аллею Почетного Захоронения, где почтили память основателя современной Азербайджанской Республики Гейдара Алиева, возложив венок к его могиле. Гости, также возложили цветы к могиле выдающегося ученого-офтальмолога, академика Зарифы ханум Алиевой. Посетив Аллею Шехидов, члены делегации возложили цветы к могилам наших соотечественников, павших в борьбе за независимость и территориальную целостность нашей Отчизны, возложили венок к мемориалу «Вечный огонь».

Затем состоялась встреча в Генеральной прокуратуре Азербайджанской Республики.

Искренне поприветствовав гостей, Генеральный прокурор Закир Гаралов отметил исключительные заслуги лидеров Азербайджана и Беларуси господина Ильхама Алиева и господина Александра Лукашенко в развитии исторически сформировавшихся между нашими народами двусторонних отношений, которые из года в год становятся все шире и глубже, в частности подчеркнул значимость многочисленных взаимных визитов под руководством глав двух государств. Он также отметил, что именно эти отношения способствуют сближению наших стран, служат огромным стимулом в развитии взаимовыгодного сотрудничества между различными государственными учреждениями, в том числе органами прокуратуры и следствия двух республик.  До сведения гостей было доведено, что подписание «Соглашения о сотрудничестве» между Генеральной прокуратурой Азербайджанской Республики и Генеральной прокуратурой Республики Беларусь в ноябре 2018 года сыграло важную роль в выведении отношений между органами прокуратуры и следствия двух государств на новый по содержанию уровень.

  На встрече Генеральный прокурор также рассказал о судебно-правовых реформах, осуществляемых в стране под руководством Президента Ильхама Алиева, создании в рамках этих реформ необходимой для деятельности прокуратуры нормативно-правовой базы, всесторонней модернизации деятельности органов прокуратуры, еще большем совершенствовании ее структуры, коренных реформах, проводимых в области полного переформирования корпуса кадров, установлении эффективных связей с другими правоохранительными органами в целях обеспечения прав и свобод граждан, а также о других предстоящих задачах.

Подчеркнув, что Беларусь придает особое значение укреплению сотрудничества с Азербайджаном в правовой сфере, И.Носкевич отметил, что имеются большие перспективы для углубления отношений между следственными органами двух стран, а также выразил заинтересованность в дальнейшем расширении взаимовыгодных связей.

В ходе встречи состоялся обмен мнениями относительно защиты прав и свобод граждан обеих стран, совместной борьбы с преступностью, а также терроризмом и экстремизмом, обсуждались эффективность взаимной деятельности как в двустороннем формате, так и в рамках международных организаций, а также совершенствование существующей договорной базы в сфере правового сотрудничества. Были также обсуждены интересующие стороны вопросы, выражена уверенность в том, что взаимное сотрудничество будет и впредь успешно продолжаться.

По итогам обсуждений было подписано Соглашение о сотрудничестве, определяющее перспективы сотрудничества между государственными органами двух стран.

Соглашение охватывает такие сферы, как борьба с терроризмом и преступностью, в частности с ее организованными формами, совместное сотрудничество в предотвращении коррупционных преступлений, а также преступлений в сфере экономики и высоких технологий и других преступлений, представляющих угрозу для общества, а также охватывает обмен информацией и опытом, юридическую помощь и другие сферы. Соглашение имеет особое значение с точки зрения выведения существующих отношений на новый уровень, двустороннего подтверждения осуществления документов о международном сотрудничестве, участниками которых являются наши страны, выражения взаимного доверия между сторонами и уважения национальных законодательств двух государств.

Далее члены делегации ознакомились с посвященными азербайджано-белорусским отношениям экспозициями Музея истории Генеральной прокуратуры. Здесь гости ознакомились со специально разработанным уголком, в котором представлены посвященные Азербайджанскому государству и ее правовой системе материалы, а также материалы, связанные с проведенными под руководством главы государства реформами, и Нагорно-Карабахским конфликтом между Арменией и Азербайджаном.

Затем белорусская делегация побывала в Главном управлении по борьбе с коррупцией при Генеральном прокуроре.

Заместитель Генерального прокурора - начальник Главного управления по борьбе с коррупцией при Генеральном прокуроре Кямран Алиев подробно рассказал гостям о создании необходимой правовой базы для деятельности прокуратуры и проводимых реформах, о деятельности Главного управления.

В административном здании Главного управления гости ознакомились с библиотекой, содержащей нормативно-правовые акты и имеющей доступ к электронным библиотекам других государственных органов, с центром связи «Горячая линия» 161, оснащенным современным программным обеспечением, информационно-коммуникационной сетью с доступом к информационным базам государственных органов  и центром управления операциями.    

Председатель Следственного комитета Беларуси высоко оценил мероприятия, проводимые в Азербайджане в сфере борьбы с коррупцией.

Выразив удовлетворение сотрудничеством с органами прокуратуры Азербайджанской Республики, И.Носкевич высоко оценил мероприятия, проводимые в Азербайджане в сфере борьбы с коррупцией, а также отметил, что Беларусь заинтересована в изучении опыта Азербайджана в этой сфере.

Были предоставлены ответы на вопросы гостей  о мерах, проводимых в борьбе с отмыванием грязных денег, а также о деятельности в сфере предварительного расследования органами прокуратуры подобного рода уголовных дел.

В ходе встречи состоялся полезный обмен мнениями по перспективам сотрудничества в сфере борьбы с коррупцией.

Далее члены делегации побывали в Управлении по расследованию дел о тяжких преступлениях Генеральной Прокуратуры. Гости были подробно проинформированы о расследовании преступлений против мира и человечества, личности, государственной власти, а также тяжких и особо тяжких преступлений в сфере экономики и других сферах.

И.Носкевич выразил заинтересованность в изучении практики Азербайджана в организации криминалистики, в том числе информационных программ «Электронное преступление» и «Электронный оборот документов».  

Визит белорусской делегации в Азербайджане продолжается.