Sayt üzrə axtarış

















Əsas səhifə / XƏBƏRLƏR

2017-12-12
Sumqayıt şəhər, Abşeron, Xızı, Qubadlı, Zəngilan və Şuşa rayonlarında yaşayan vətəndaşların nəzərinə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il dekabrın 22-də saat 10:00-da Abşeron rayon prokurorluğunun inzibati binasında Sumqayıt şəhər, Abşeron, Xızı, Qubadlı, Zəngilan və Şuşa rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.

Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Xırdalan şəhərinə gəlmələrinin təşkili müvafiq şəhər və rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79-nömrəli telefonu-və contact@prosecutor.gov.az elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.