Müraciətlərə baxılması idarəsi Azərbaycan Respublikası Baş Prokurorluğunun struktur qurumudur.
İdarənin əsas vəzifələrinə Azərbaycan Respublikası Baş Prokurorluğuna daxil olmuş ərizə, şikayət və təkliflərin, cinayət işlərinin, materialların və digər sənədlərin qeydiyyatını, uçotunu, baxılmasını, aidiyyəti üzrə göndərilməsini və bu sahədə işin təkmilləşdirilməsini təmin etmək, “Prokurorluq haqqında” Qanunun 20-ci maddəsinə uyğun olaraq vətəndaşların müraciətlərinə baxılmasını həyata keçirmək, Azərbaycan Respublikası Baş Prokurorluğunda vətəndaşların qəbulunu təşkil etmək daxildir.
İdarə xidməti sirrin yayılmamasını, prokurorluq orqanlarında dövlət sirrinin qorunmasını, məxfilik reciminə əməl edilməsini, məxfi kargüzarlıq və arxiv işinin qanunvericiliyə müvafiq qaydada aparılmasını təmin edir.
İdarənin tərkibində Vətəndaşların qəbulu şöbəsi fəaliyyət göstərir.