Sayt üzrə axtarış

















Tabe prokurorluqlar





















Yeniliklərə abunə
Abunə olmaq istədiyiniz bölməni seçin:





Əsas səhifə / Baş Prokurorluğun struktur qurumları /Fövqəladə Hallar nazirliyi, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi

Fövqəladə Hallar nazirliyi, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi

Azərbaycan Respublikası Baş Prokurorluğunun Fövqəladə Hallar nazirliyi, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi

Rəis – Abbasov Elşən Akif oğlu
Tel: (+994 12) 492-40-41
Faks: (+994 12) 497-03-05
E-poçt ünvanı: e.abbasov@prosecutor.gov.az
 
Rəis müavini  - Hacıyev Novruz Kazım oğlu
Tel: (+994 12) 492-35-93
E-poçt ünvanı: novruz.hajiyev@prosecutor.gov.az
 
Rəis müavini  - Məmmədov Rauf Kərim oğlu
Tel: (+994 12) 492-26-21
E-poçt ünvanı: rauf.mammadov@prosecutor.gov.az

Azərbaycan Respublikası Baş Prokurorluğunun Fövqəladə Hallar nazirliyi, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsi Azərbaycan Respublikası Baş Prokurorluğunun sistemində milli təhlükəsizlik, fövqəladə hallar və sərhəd xidməti orqanlarında ibtidai araşdırma və əməliyyat-axtarış fəaliyyəti üzərində Azərbaycan Respublikasının qanunvericiliyi ilə prokurorluq orqanlarına aid edilmiş səlahiyyətləri həyata keçirən müstəqil struktur qurumdur.

İdarənin əsas vəzifə və funksiyalarına fövqəladə hallar, dövlət təhlükəsizliyi və sərhəd xidmətləri orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyəti üzərində Azərbaycan Respublikasının Konstitusiyası, «Prokurorluq haqqında» Qanun, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi və digər qanunvericilik aktları ilə müəyyən edilmiş hallarda və qaydada prokuror nəzarətini təşkil edib həyata keçirmək, onun təkmilləşdirilməsi üçün qanunların icra vəziyyətini öyrənib ümumiləşdirmək, təkliflər vermək, metodiki tövsiyyələr hazırlamaq, hesabatlar tərtib etmək, qanunvericilik aktları layihələrinin hazırlanmasında iştirak etmək; milli təhlükəsizlik, fövqəladə hallar və dövlət sərhəd xidməti orqanlarının təhqiqatçı və müstəntiqlərinin icraatında olan cinayət işləri və materiallar üzrə cinayət təqibini təmin etmək məqsədi ilə təhqiqata və ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirmək, qanunların tətbiqinə və icrasına  nəzarət etmək və s. daxildir.